25 dekabr 2025 21:07
90

Rusiya Aİ və NATO-ya qarşı planlarının olmadığını yazılı şəkildə təsdiqləməyə hazırdır

Rusiya Şimali Atlantika Alyansına (ANTO) və Avropa İttifaqına üzv ölkələrə qarşı hər hansı aqressiv planlarının olmadığını yazılı şəkildə təsdiqləməyə hazırdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Diplomat brifinq zamanı bildirib ki, belə hüquqi cəhətdən məcburedici sənədin konkret forması danışıqlar gedişində müəyyən edilə bilər.

“Lakin bu, tamhüquqlu beynəlxalq-hüquqi akt olmalıdır”, — deyə Zaxarova əlavə edib.

Daha əvvəl diplomat Avropa İttifaqının Ukrayna üzrə nizamlanma ilə bağlı ABŞ-ın yavaş irəliləyən sülh səylərini pozmağa cəhd etdiyini bəyan etmişdi.