ABŞ, Ukrayna və Rusiya Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Əbu-Dabidə qapalı danışıqlar aparırlar.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Ordu naziri Den Driskoll noyabrın 24-ü Əbu-Dabiyə gedib. Danışıqlarda Ukraynanı kəşfiyyat rəisi Kirill Budanov təmsil edir, Rusiya nümayəndə heyətinin tərkibi isə açıqlanmayıb.
Nəşr qeyd edir ki, danışıqlar noyabrın 24-ü axşam saatlarında başlayıb.
Daha əvvəl ABŞ Ordu naziri Daniel Driskollun Rusiyaya səfər edə biləcəyi barədə məlumat verilmişdi.
Şavkat Mirziyoyev və Marko Rubio strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək