Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Novaya Vodolaga qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə zərbə endirib. Nəticədə 2 qadın və 1 körpə həlak olub, azı 14 nəfər yaralanıb, onların 7-si uşaqdır.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İvan Vıqovski teleqram kanalında məlumat verib.
O bildirib ki, hadisə yerində təcili xidmət orqanları fəaliyyət göstərir, yaralılara tibbi yardım göstərilir, həmçinin ərazidə partlayıcı maddələrin olub-olmadığını yoxlanılır.
Xarkov Vilayət Prokurorluğunun məlumatına görə, zərbənin “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə endirildiyi ehtimal olunur.
Şavkat Mirziyoyev və Marko Rubio strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək