İranın Xorasan Rəzəvi əyalətinin Sabzevar rayonunun Bərdəskən-Sabzevar avtomobil yolunda avtobus aşıb.
“İki sahil” İRNA-ya istinadən yazır ki, bu barədə Sabzevar Tibb Universitetinin Texniki və Təcili Əməliyyatlar üzrə rəhbərliyindən bildirilib.
Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.