25 noyabr 2025 09:03
262

Rumıniyada 17 milyon müddəti bitmiş COVID peyvəndi məhv edilib

Rumıniya hakimiyyəti 17 milyon müddəti başa çatmış koronavirus peyvəndini məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə "G4Media" məlumat yayıb.

Bildirilir ki, pandemiya dövründən bəri ölkədə peyvəndlərə ictimai maraq çox aşağı səviyyədə olub və hazırda Rumıniyada COVID əleyhinə peyvənd əldə etmək mümkün deyil.

Səhiyyə Nazirliyi peyvənd istehsalçıları ilə danışıqlar apardığını, o cümlədən qeydiyyat şəhadətnaməsinin alınması və dərmanların apteklər vasitəsilə satışına dair növbəti addımların müəyyən edildiyini açıqlayıb.