18 noyabr 2025 09:02
103

2025-ci ildə dünyanın ən varlı şəhərləri açıqlanıb

Yaponiyanın paytaxtı Tokio dünyanın 300 ən varlı şəhərinin reytinqində birinci yeri tutub.

“İki sahil” xəbər verir ki, reytinq "CEOWORLD Magazine" jurnalı tərəfindən tərtib edilib.

"Tokio növbəti dəfə 2025-ci ildə dünyanın ən varlı şəhəri adına layiq görülüb", - deyə materialda qeyd olunub.

Nəşrin məlumatına əsasən, Tokionun ümumi daxili məhsulu 2.55 trilyon dollara çatıb. Nyu-York şəhəri 2.49 trilyon dollarlıq ÜDM ilə siyahıda ikinci yerdə qərarlaşıb.

Daha bir ABŞ meqapolisi - Los-Anceles 1.62 trilyon dollarlıq ÜDM ilə ilk üçlüyü tamamlayıb. Siyahının davamında London (1.47 trilyon dollar), Seul (1.42 trilyon dollar) və Paris (1.39 trilyon dollar) gəlirlər.

Araşdırmada vurğulanır ki, reytinqdə ilk on şəhər dünya iqtisadiyyatının təxminən üçdə birini formalaşdırır.