27 oktyabr 2026 14:23
136

Zelenski Qərbi raket tədarükünü süni şəkildə ləngitməkdə ittiham edib

Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarını son vaxtlar Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün tutucu raketlərin tədarükünü süni şəkildə ləngitməkdə ittiham edib.

“İki sahil” xəbər verir ki,  o, özının "Telegram" kanalında "Patriot" və "NASAMS" HHM sistemləri üçün tutucu raketlərin tədarükündəki gecikmələri "süni və uzunmüddətli" adlandırıb.

Daha əvvəl Kiyev dəfələrlə HHM üçün tutucu raketlərin çatışmazlığından şikayətlənmişdi. Oktyabrın 15-də "CNN" telekanalı mənbələrə istinadla bildirmişdi ki, Ukraynanın "Patriot" raketləri ehtiyatı tamamilə tükənib. Sonradan Zelenski Avropa İttifaqı ölkələrinin vəsaitləri hesabına PURL mexanizmi çərçivəsində alınan Amerika tutucu raketlərinin tədarükünün ləngiməsindən gileylənmişdi.

O, Pentaqon rəhbəri Pit Heqsetı "Patriot" və "NASAMS" HHM sistemləri üçün raketlərin çatdırılmasını bir ay gecikdirməkdə ittiham etmişdi.