Çin və Vyetnam Hərbi Dəniz Qüvvələri (HDQ) 19–20 noyabr tarixlərində Tonkin körfəzində birgə patrul xidməti keçirəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin "WeChat" səhifəsində qeyd olunub ki, missiya iki ölkənin orduları arasında əldə olunmuş razılaşmalara uyğun şəkildə həyata keçiriləcək. Bu, Çin və Vyetnam HDQ-nin həmin sularında birgə keçirdiyi sayca 39-cu patrul olacaq.
"Bu əməliyyat iki ölkənin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın daha da gücləndirilməsinə, müvafiq dəniz akvatoriyalarında təhlükəsizliyin təmin olunması üzrə birgə potensialın artırılmasına yönəlib", – bəyanatda vurğulanıb.
Türkiyədə aralarında hərbçilərin də olduğu 22 nəfər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb
BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər