“Qəzzada iki illik müharibədən sonra nəhayət ki, irəliyə doğru bir yol var”.
“İki sahil” xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş “Nüvə və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərq zonasının yaradılması üzrə konfrans”ın altıncı sessiyasına videomüraciətdə deyib.
O, bildirib ki, hazırda bu irəliləyişdən istifadə etməyin vaxtıdır. Quterreş bütün tərəfləri öhdəliklərini yerinə yetirməyə, atəşkəsi davamlı sülhə çevirməyə çağırıb.
“Mən bölgədəki bütün dövlətləri Yaxın Şərqi bütün kütləvi qırğın silahlarından azad zonaya çevirməyə və beynəlxalq ictimaiyyəti tam dəstək verməyə çağırıram. Yaxın Şərq xalqı sabitliyə və sülhə layiqdir”, - deyə Quterreş əlavə edib.
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb