Cəlilabad rayonunda Komanlı kəndin ən gözəl guşəsində inşa edilən, Vətən müharibəsi şəhidi Fuad Qubadlının adı verilən bulağın açılışı olub. Rayon rəsmilərin, şəhidin doğmaların, kənd sakinləri və ictimaiyyət nümayəndələrin qatıldığı mərasimdə çıxış edənlər zəfər şəhidinin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar. O da bildirilib ki, Vətən, torpaq uğrunda canından keçib, ən ali, müqəddəs şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, daim qəlblərdə yaşayırlar. Bizim Fuadın da şərəfli ömür yolu zaman-zaman gələn nəsillərə örnək olacaq.
Məlumat üçün deyək ki, şəhid Fuad Cahangir oğlu Qubadlı 16 yanvar 1993-cü ildə Cəlilabad rayonunun Komanlı kəndində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən ağır döyüşdə şəhadətə qovuşub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Zəfər Orucoğlu
Vüqar Rəhimzadə: Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb