Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.
Hadisə yeni Ələt-Astara magistral yolunda rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Nuriyeva Gülmira Nuhu qızı, 1993-cü il təvəllüdlü Nuriyev Aqil Abdul oğlu və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Əmrahzadə Şəmistan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş. Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
"Report"
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb