ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlıq edən bütün ölkələrə qarşı sanksiyaların tətbiqi haqqında qanun layihəsini dəstəkləyib.
“İki sahil”in "Reuters"ə istinadən verdiyi məlumata görə, o, sənədin Konqresdə baxılmaqda olduğunu dəqiqləşdirib.
"Rusiya ilə biznes aparan istənilən ölkə çox ciddi sanksiyalara məruz qalacaq", - deyə Donald Tramp jurnalistlərə bildirib.
ABŞ prezidenti əlavə edib ki, İranın iqtisadi tərəfdaşları da oxşar sanksiyalara məruz qala bilərlər. O, Konqresin sənədin müzakirəsi zamanı qanun layihəsinə Tehran ilə əməkdaşlığın qadağan edilməsini əlavə edə biləcəyini dəqiqləşdirib.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb