Avstraliyanın paytaxtı Kanberrada asbest çirklənməsi ilə bağlı narahatlıqlar səbəbindən 69 məktəb bağlanıb.
“İki sahil” xəbər verir ki, təhlükəli maddə məktəblərdə geniş istifadə olunan "sehrli qum"da aşkarlanıb. Bu növ qum məktəblərdə qumdan qala düzəltmək və digər yaradıcılıq fəaliyyətlərində istifadə olunur.
Məlum olub ki, "sehrli qum" istehsal edən “Kmart” və “Target” şirkətlərinin məhsullarında zərərli asbest izləri tapılıb.
Bildirilir ki, bağlanan təhsil müəssisələrində aparılacaq yoxlamalar bir neçə gün davam edə bilər.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb