Nigeriyanın şimal-qərbində yerləşən Sokoto ştatında denqe qızdırmasının yayılması qeydə alınıb.
“İki sahil” "Nigerian Tribune" qəzetinə istinadən xəbər verir ki, departamentin həkimləri və bütün səhiyyə müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bildirilib ki, bir çox cəhətdən ağır denqe qızdırmasına bənzər xəstəlik hallarının artması müşahidə olunur. Səhiyyə işçilərinə sayıqlığın artırılması və şübhəli halların dərhal bildirilməsi tapşırılıb.
Nigeriya səhiyyə qurumları denqe qızdırmasının ölkənin digər ştatlarına da yayılmasından narahatdır.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb