Böyük Göllər Regionu Beynəlxalq Konfransı təşkilatı (ICGLR) Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada keçirilən 9-cu sammitində BMT Təhlükəsizlik Şurasını Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin fəaliyyətini pisləməyə çağırıb.
“İki sahil” Sudan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, sammitdə ICGLR təşkilatının Nazirlər Şurası tərəfindən təqdim olunan və Çevik Dəstək Qüvvələrinin terror təşkilatı kimi tanınmasını nəzərdə tutan tövsiyələr qəbul edilib.
Qeyd edək ki, 2000-ci ildə təsis edilən təşkilat on iki üzv dövlətdən ibarətdir: Anqola, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Ruanda, Cənubi Sudan Respublikası, Sudan, Tanzaniya və Zambiya.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb