ABŞ noyabrın sonunadək Çinlə nadir torpaq metalları üzrə yekun saziş imzalanacağına ümid edir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent "Fox News"a müsahibəsində deyib.
"Müqaviləni hələ yekunlaşdırmamışıq, lakin ümid edirik ki, Şükran Gününə qədər (bu il noyabrın 27-də qeyd olunur -Qeyd) bunu həyata keçirəcəyik", - deyə o bildirib.
Bessent həmçinin Çinin saziş üzrə öhdəliklərinə əməl edəcəyinə əminliyini ifadə edib: "Əgər etməsələr, bizim çoxlu təsir imkanlarımız var".
Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib ki, Çin Pentaqona bağlı şirkətlərə nadir torpaq metalları və bir sıra digər materialların tədarükünü məhdudlaşdıran yoxlanılmış son istifadəçi sistemi yaratmağı düşünür.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb