Böyük Britaniya hakimiyyəti qanunsuz miqrantların ölkədə daimi qalmaq hüququ əldə etməsi üçün gözləmə müddətini dörd dəfə artıraraq 20 ilə çatdırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud BBC telekanalının efirində bildirib.
"Yeni islahat bir neçə nəsil ərzində formalaşmış təsəvvürləri dəyişəcək ki, qaçqınlara verilən sığınacaq tez bir zamanda daimi yaşayış icazəsinə gətirib çıxara bilər. Biz bunu daha uzunmüddətli müvəqqəti sistemə doğru dəyişəcəyik və hər iki ildən bir vəziyyətin qiymətləndirilməsi aparılacaq", – nazir vurğulayıb.
Mahmud əlavə edib ki, əgər qaçqının gəldiyi ölkə bu müddət ərzində geri qayıtmaq üçün təhlükəsiz hesab olunarsa, o, vətəninə göndəriləcək.
Daxili işlər naziri təklif olunan islahatın detalları ilə noyabrın 17-də çıxış etməlidir.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb