Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi minik avtomobili sürücüləri üçün noyabrın 13-də növbəti imtahan keçiriləcək.
DİM-dən “İki sahil”ə bildirilib ki, imtahan vermək üçün 1679 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola bilərlər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. Onlar imtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsininəslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.
“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib. DİM imtahan iştirakçılarından “Yaddaş kitabçası” ilə mütləq tanış olmağı xahiş edir.
Baş prokuror Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri ilə görüşüb
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - FOTO/VİDEO
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub