16 noyabr 2016 19:01
388

ABŞ biabır oldu

KONKAKAF zonasında DÇ-2018-in seçmə mərhələsinin final seriyasında 2-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk turda öz meydanında Meksikaya məğlub olan ABŞ bu dəfə də xala həsrət qalıb. ABŞ yığması Kosta Rika ilə oyunda biabır olub - 0:4.

Meksika yığması da xal itkisi ilə üzləşib. Meksika səfərdə Panamanın müqavimətini qıra bilməyib - 0:0.

Turun digər qarşılaşmasında Honduras Trinidad və Tobaqonu məğlub edib - 3:1.