“Mən də arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya.Gedəcəyik! Buna inanın ki,gedəcəyik!Şuşa bir tək Şuşalılar üçün deyil, Hər bir Azərbaycanlı üçün əziz bir anlayışdır.Azərbaycanın Deyə bilərəm ki,gözüdür.Hər bir Azərbaycanlı üçün bir iftixar Nöqtəsidir. Ona görə Şuşa bir yaşayış məkanı deyil,Şuşa bizim Milli rəmzimizdir.Şuşa bizim tariximizin,mədəniyyətimizin Beşiyidir.Şuşa hamı üçün əzizdir.Heç vaxt Azərbaycanı bu Gözəl guşəsiz təsəvvür edə bilmərik”
Ümumilli Lider Heydər Əliyev
Bəli, həqiqətən Uluöndərin bu sözləri daim Azərbaycan xalqının ürəyində sönməz bir məşəl kimi alovlanmışdır.Xalqımız lideri ilə sabaha ümidlə baxırdı.İnanırdıq ki,mütləq bu sözlər bir gün həqiqətə çevriləcək.Çünkü Uluöndərin dayamnadan bu işin üstündə çalışması,ömrünü xalqının və millətinin sabahına həsretməsi ürəyimizdəki umud işığını sönməyə qoymurdu.Beynəlxalq təşilatların konfrans və iclaslarında,mötəbər qurumların yığıncaqlarında daim Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.Hər dəfəsində ermənilərin təcavüzkar siyasətini ifşa edirdi.Amma bu elədə asan məsələ kimi görsənmirdi.Çunkü keçmişdə buraxılan kobud siyasi səhvlər Azərbaycanın talehi ilə oymanış və bunun nəticəsində Azərbaycan torpaqları işğala məruz qalmışdır.1990-1993-cü illərdə buraxılan kobud nöqsanları aradan qaldırmaq üçün Uluöndər səylə çalışırdı.Bu illər arasında özbaşnalıq,anarxiya,hakimiyyət uğrunda mübarizə,yanlış daxili və xarici siyasər Azərbaycanı uçurumun kənarına gətirmişdir.Belə çətin bir sınaq zamanında Azərbaycanın dahi lideri,Azərbaycanın dühası bütün çətinlikləri üzərinə götürmüşdür.Amma ömrü vəfa etmədi. Xalqımızın umud yeri yenə hər zaman var idi-Müzəffər Ali Başkomandan İlham Əliyev.
Prezident seçildiyi ilk ilində erməni yalanına qarşı informasiya mübarizəsində müdafiə taktikasından imtina edib,hücum diplomatiyası əmrini verdi.Bunun özü hünər və cəsarət rəmzi idi.Çünkü ermənilər beynəlxalq qurumlarda belə bir mif yaymışdılar ki,guya Azərbaycan ermənistanı blokada da saxlayır. Amma prezident İlham Əliyev hər çıxışında ermənilərin yalanlarını ifşa edir,təcavüzkar siyasətlərinə son qoymağı tələb edirdi.Hər dəfəsində erməni jurnalistlərin mərkli suallarına dəqiq,sərrast və mərd cavablar verməklə onları susturmağa nail olurdu.Beynəlxalq təşkilatların iclaslarında onlardan tələb edirdi ki,işğala son qoysular.Hər dəfəsində təkrar edirdi ki,biz torpaqlarımızı qan tökmədən sülh yolu ilə azad etmək istəyirik,amma hər bir halda biz öz torpaqlarımızı azad etməyə qadirik.Hərb yolu ilə olsada.On yeddi il səbirlə siyasi mübarizəsini apardı. On yeddi il ərzində böyük iqtisadi lahiyələr həyata keçirdi.Ən əsas məsələ ordu quruculuğu daim diqqət mərkəzində saxlanıldı.ermənilər isə öz mərkli siyasətlərinə son qoymaq istəmirdi.Hər dəfəsində sülh danışıqlarının intensivliyinin artdığını görən erməni ordusu atəşkəs rejimini pozaraq danışıqlara xələl gətirməyə çalışırdı.Ordumuzun cavab tədbirlərinin qarşısında aciz qalan ermənilər yenidən üçüncü tərəfi danışıqlara cəlb edərək ordumuz qarşısında acizliklərini nümayış etdirirdilər.
Arayik Arutunyanın ABŞ-da erməni lobbisi qarşısında “yeni müharibə,yeni ərazilər” iddiası, ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ ermənistandır və nöqtə” sözləri həm sülh körpülərini yandırmış oldu,həm də Ali Başkomandanın səbrini tükətdi.27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Başkomandanın rəhbərliyi altında müzəffər ordumuz Dəmir Yumruq əməliyyatına başladı.ermənilər tərəfindən üç ilə alınan torpaqlar,44 gün ərzində azad edildi.Keçilməz erməni səddi mifi alt-üst edildi.Ordumuz bir-biri ardınca kəndləri,rayonları,şəhərləri işğaldan azad edirdi.Amma bir məsələ var idi ki,onu həll etmək mütləq vacib idi.Çünkü bu məsələ müharibənin talehini həll edəcəkdi. Elə də oldu Qarabağın üzük qaşı,mədəniyyət paytaxtı Şuşa xüsusi hərbi taktika bə plan nəticəsində erməni quldurlarından azad edildi. Həmin gün daha 73 kənd azd edilərək ermənilər mühasirəyə düşdü.Bu hadisə erməni rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Nəhayət Uluöndərin illər əvvəl verdiyi müjdəni Müzəffər Ali Başkomandanın dilindən eşitdik.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Başkomandan!
Yaşasın Müzəffər ordu!
Yaşasın Azərbaycan xalqı!
Eldar Lahicov,
Humanitar Fənlər Təmayüllü Liseyin Tarix müəllimi