05 noyabr 2025 16:34
105

Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxladı

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.