05 noyabr 2025 12:29
105

Anar Əliyev: Son 7 ildə 5 sosial islahat zərfi həyata keçirilib

Son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilib, bu islahatlar 4 milyon vətəndaşımızı əhatə edib, maliyyə tutumu isə illik əlavə 7,6 milyard manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14% artırılaraq 320 manata çatdırılıb:

“Həmçinin, 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılıb".