Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmalar "Fərqliliyin rəngi" festivalında iştirak edirlər.
“İki sahil” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, festivalda dini icmaların kitabları, geyimləri, adət-ənənələri və s. əlaqədar nümunələr nümayiş etdiriləcək:
"Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği həyata keçiriləcək. Festival Dini Komitənin "Konstitusiya və Suverenlik İli"nə həsr olunan silsilə tədbirlərindən biridir".
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub