Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.
Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub