"Bank BTB”nin fəaliyyətində dayanıqlılıqla bağlı hər hansı bir problem yoxdur.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, bankın aktivləri sektorun aktivlərinin 1%-dən aşağıdır.
"Son illər apardığımız nəzarət tədbirləri çərçivəsində bankın dayanıqlılığı möhkəmlənib. Bank bütün prudensial tələblərə riayət edir. Bankdakı əmanətləri 96,3%-i sigortalıdır"- AMB sədri əlavə edib.
Qeyd edək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsusdur./APA
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib