Ölkəmizdən xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor öz xüsusi çəkisini qoruyur. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan xarici bazarlara pomidor ixracı əhəmiyyətli dərəcədə artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Vurğulanıb ki, bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən 144 029,4 ton pomidor ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur.
İlin ilk doqquz ayında ölkəmizdən xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157 171,6 min ABŞ dolları təşkil edib.
Xarici bazarlara pomidor ixracı dinamik şəkildə davam edir.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib