Bu il sentyabrın 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro qiymətləndirilir.
“İki sahil” EBRD-ə istinadən xəbər verir ki, bunun 37 %-i özəl sektorun payına düşür.
Hazırda 35 layihə aktivdir.
Avqustun 31-i ilə müqayisədə portfelin dəyəri 0,63 % və yaxud 6 milyon avro azalıb.
EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i və yaxud 842 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 56 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 200 layihənin həyata keçirilməsinə 3,661 milyard avro investisiya yatırıb.
Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri sentyabrın 30-na 703 milyon avro təşkil edib. Bu, avqustun 31-i ilə müqayisədə 0,9 % və yaxud 6 milyon avro çoxdur.
Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib