16 oktyabr 2025 10:47
129

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 890 manat təşkil edib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 609 manat, özəl sektorda isə 2 084 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,5 %, özəl sektorda isə 13,5 % artıb.

Sentyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,2 % çoxdur.