14 oktyabr 2025 17:05
124

Braziliya millisi tarixində ilk dəfə Yaponiya yığmasına uduzub

Futbol üzrə Braziliya milli komandası tarixində ilk dəfə Yaponiya yığmasına uduzub.

“İki sahil” xəbər verir ki, bu məğlubiyyət yoldaşlıq oyununa təsadüf edib.

Matçın ilk hissəsi “sambaçılar”ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Cənubi Amerika təmsilçisinin heyətində Paulo Enrike və Qabriel Martinelli fərqləniblər.

Fasilədən sonra isə vəziyyət tamamilə dəyişib. Braziliya seçməsinin qapısından 3 top keçirən yaponlar əzmkar qələbə qazanıblar. Asiyalıların heyətində qolları Takumi Minamino, Keito Nakamura və Ayase Ueda vurublar.

Qeyd edək ki, bunadək komandalar arasında baş tutan 13 oyunun 11-i Braziliya millisinin xeyrinə başa çatıb, 2 görüşdə isə qalib müəyyənləşməyib.