11 noyabr 2026 12:38
111

“Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb! 

CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritza Plovdiv” klubu ilə qarşılaşan təmsilçimiz bu gün Tovuz OİK-də keçirilən cavab oyununda rəqibini 3:0 hesabı ilə məğlub edib.
İlk qarşılaşmada da (səfərdə) 3:0 hesablı qələbə qazanan “Turan” iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.
Beləliklə, komandamız CEV Çempionlar Liqasının qrup mərhələsində D qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Eczacibasi Peron ISTANBUL”, İtaliyanın “Savino Del Bene SCANDICCI” və Serbiyanın “Tent OBRENOVAC” klubları olacaq.
“Turan” qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə İtaliyanın “Savino Del Bene SCANDICCI” klubuna qarşı keçirəcək. 

CEV Çempionlar Liqası-qadınlar (3-cü təsnifat mərhələsi)
10 noyabr 2026 (2-ci oyun)
”Turan” - “Maritza Plovdiv” 3:0 (25:22, 25:17, 25:23) Ünvan: Azərbaycan, Tovuz, Tovuz OİK

3 noyabr 2026 (1-ci oyun)
”Maritza Plovdiv” -”Turan” 0:3 (22:25, 22:25, 20:25)
Ünvan: Bolqarıstan, Plovdiv