11 noyabr 2026 12:45
110

Məmmədov qardaşları Çimkənddə fərqləndi

Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Ənənəvi yarışda U20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə qalxıb.

77 kq-da baş tutan Azərbaycan finalında qardaşı Cavad Məmmədova 3:1 hesabıyla qalib gələn Davud Məmmədov çempion olub. Belədə Cavad gümüş medala sahib çıxıb.