11 noyabr 2026 13:17
58

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir

 

AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişafStrategiyasına uyğun olaraq noyabrın 10-da Bayılstadionundakı Futbol İnkişaf Mərkəzində D kateqoriyalıməşqçi kursunun növbəti təlimlərinə start verilib.

Kursun açılış mərasimində BFF prezidenti Tahir Süleymanov çıxış edərək D kurslarının mahiyyəti vəəhəmiyyəti barədə məlumat verib və iştirakçılara uğurlararzulayıb. 

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə bu mövsümdə dördüncü dəfə keçirilənkursun özəlliyi ondan ibarətdir ki, təşkilatçılar ölkəfutbolunda ilk dəfə Region liqası komandalarındaçalışan, lakin sertifikatı olmayan məşqçilər, əməkdaşlarvə rəsmi şəxslər üçün kateqoriya almaq şəraiti yaradıb. Emin Hüseynov, Elmir Zodanov, Ceyhun Əliyev (hərüçü “Fençinq” FK), Baloğlan Həsənov (“Ramana” FK), Kamran Məmmədli (“Mil” İK), Fərid Şirinzadə (“Cəngi” FK), Elçin Həsənov (“Xan Çinar” FK), Qanı Nəsirov(“Topçular” FK), Zaur Mustafayev (“Mübariz”, Binə), Asiman Cəfərli (“Kaspian” FK), Namiq Teyyubov(“Qaradağ Şıxlar” FK), Yalçın Əliyev (“İnşaatçıSabirabad” FK) və Elbrus Baxşaliyev (“Qobustan” FK) D kursuna cəlb olunublar. 

Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

Noyabrın 12-ə qədər davam edəcək kursun sonundatəlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdimolunacaq.