14 oktyabr 2025 16:19
128

Almaniya Bundesliqasında transfer dəyəri ən çox artan futbolçular bəlli olub

“Transfermarkt” portalı Almaniya Bundesliqasında transfer dəyəri ən çox artan futbolçularının reytinqini tərtib edib.

“İki sahil” xəbər verir ki, siyahıya “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise başçılıq edir. Fransalı futbolçunun dəyəri 30 milyon avro artaraq 130 milyona çatıb.

İkinci pillədə “Ayntraxt”ın türkiyəli yarımmüdafiəçisi Can Uzun qərarlaşıb. Onun bazar dəyəri 27 milyon avro artaraq 45 milyona yüksəlib. Üçüncü pilləni “Bavariya”nın 17 yaşlı cinah oyunçusu Lenart Karl və “Leypsiq”in futbolçusu Yan Diomand bölüşürlər. Hər iki oyunçunun dəyəri 18,5 milyon avro artıb və hazırda 20 milyon təşkil edir.

Siyahının ilk “yeddiliy”ini “Borussiya”nın (Dortmund) formasını geyinən Kərim Adeyemi (60 milyon avro), “Bayer”dən Carell Kuansa (35 milyon avro) və “Köln”də çıxış edən Said əl-Mala (18 milyon avro) tamamlayırlar. Onların hər birinin bazar dəyəri 15 milyon avro artıb.