10 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov “CRCT Qazaxıstan” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi) beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“İki sahil” xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini araşdırmaq və Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslər müzakirə olunub.
Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN