7 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından “İki sahil”ə verilən məlumata görə, görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasir infrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yük növlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistika həllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.
USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrə yükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib