Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər