Sülh, insan hüquqları və beynəlxalq əməkdaşlıq prinsiplərinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə BMT-nin fəaliyyəti xüsusi əhəmiyyətini qoruyur.
“İki sahil” xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Tomas Şteli Bakıda BMT Gününə həsr olunmuş tədbirdə bildirib.
"Birləşmiş Millətlər Təşkilatı Günü bizə bu təşkilatın əsaslandığı prinsipləri: sülh, insan hüquqları və beynəlxalq əməkdaşlığı xatırlamaq imkanı verir. Bu prinsiplərin ciddi sınaqlara məruz qaldığı bir dövrdə BMT-nin fəaliyyəti xüsusi əhəmiyyətini qoruyub saxlayır. Ölkələr arasında dialoq həmişə asan başa gəlmir, lakin onun alternativi yoxdur", - səfir qeyd edib.
Bakıda konsertlə müşayiət olunan BMT Gününün qeyd edilməsindən danışan Şteli, Azərbaycanın musiqi irsinin zənginliyini vurğulayıb.
"Azərbaycan zəngin musiqi irsinə malikdir, buna görə də musiqi bu bayramı qeyd etmək üçün gözəl bir vasitədir. O, həmçinin fərqli həyat təcrübəsinə və mədəni ənənələrə malik insanları birləşdirməkdə mədəniyyətin hansı rolu oynaya biləcəyini bizə xatırladır", - diplomat əlavə edib.
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər
Şlapaçenko: BMT-nin dəyərli tərəfdaşı olan Azərbaycan həmişə çoxtərəfliliyi dəstəkləyir
Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur
Parlamentdə YAP-ın VIII qurultayında regional inkişafla bağlı qarşıya qoyulan vəzifələrə dair konfrans keçirilib
Vüqar Rəhimzadə: Ermənistan sülh müqaviləsinin imzalanması prosesini niyə ləngidir?