Ermənistan cari ilin yanvarın sonunadək, Donald Tramp administrasiyası fəaliyyətə başlayanadək və keçmiş administrasiya dövründə sülh sazişinin müəyyən müddəaları ilə bağlı öhdəliklərə razılıq vermirdi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunlar sərhəddə hansısa üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi və məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı öhdəliklər idi. Ancaq Ermənistan sonradan mövqeyini dəyişdi.
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər