Azərbaycan sülh sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Nazir həmçinin bildirib ki, Ermənistan ərazisində həyata keçiriləcək Zəngəzur dəhlizi (Tramp yolu) Azərbaycanın daxili birliyini və regional iqtisadi inteqrasiyanı təmin edir: "Bu layihə həmçinin reginoal ticarət və nəqliyyat imkanlarını genişləndirəcək”.
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər