Xəzər dənizinin Türkmənistan sahilində 1 574 MVt gücündə yeni elektrik stansiyası istifadəyə veriləcək.
“İki sahil”in Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə deyib.
Berdıməhəmmədov qeyd edib ki, onun istismara verilməsi Azərbaycana elektrik enerjisinin tədarükü, eləcə də Azərbaycandan keçməklə Avropa ölkələrinə tranzit üçün əlavə imkanlar açacaq.
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər