Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün gözəl imkanlar var: "Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik".
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər