İtaliyada hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
“İki sahil” xəbər verir ki, Lombardiya və Liquriya regionlarında leysan yağışları nəticəsində daşqınlar baş verib. Avqustun 20-si üçün hər iki regionda narıncı hava xəbərdarlığı elan edilib. Milan və Berqamo şəhərlərində isə güclü külək ağacları yollara aşırıb, parklar bağlanıb.
Siciliyada daşqınlar nəticəsində iki avtomobil axına düşüb, mülki müdafiə qüvvələri iki nəfəri xilas edib, birinin axtarışları davam edir.
Ölkə üzrə havanın temperaturu 10 dərəcə aşağı enib, qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
Paşinyan: Müxalifət yeni Konstitusiya layihəsinə qarşı çıxsa, növbədənkənar seçkilər keçiriləcək
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Ağ Evin rəsmisi: Çinə süni intellekt sahəsində uduzmaq ABŞ üçün ciddi problem olacaq