30 noyabr 2026 01:35
137

Paşinyan: Müxalifət yeni Konstitusiya layihəsinə qarşı çıxsa, növbədənkənar seçkilər keçiriləcək

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, müxalifət yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməyəcəyi təqdirdə istefa verərək növbədənkənar parlament seçkilərinə gedəcək.

“İki sahil” xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Baş nazirin sözlərinə görə, müxalifət yeni konstitusiya layihəsinin referenduma çıxarılmasına qəti şəkildə qarşı çıxarsa, növbədənkənar seçkilər keçiriləcək. Paşinyan bu halda istefa verəcəyini, lakin məqsədinin siyasətdən getmək deyil, yeni seçkilər üçün şərait yaratmaq və onlarda iştirak etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabrın 23-də Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Sənəddə Müstəqillik Bəyannaməsinə istinad edilməyib.