ABŞ-nin süni intellektin (Sİ) inkişafı sahəsində Çinlə rəqabətdə məğlub olması Amerika iqtisadiyyatı və maliyyə institutları üçün ciddi zərbə olacaq.
“İki sahil” xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
"Biz çinlilərlə ikinci yerdə qalmamaq üçün rəqabət aparırıq. Çünki belə bir vəziyyət ABŞ iqtisadiyyatı və maliyyə institutları üçün ciddi problemə çevriləcək", - deyə o, CNN telekanalının efirində bildirib.
Hassetin sözlərinə görə, ABŞ ən müasir Amerika süni intellekt çiplərinə nəzarəti gücləndirə bilər.
"Bizim siyasətimiz əvvəlki nəsil çiplərin satışına icazə vermək, lakin ən yeni və ən güclü çiplərin satışını qadağan etməkdən ibarət olub. Əgər ən müasir çiplərdən bəzilərinin birbaşa və ya məlumat mərkəzləri vasitəsilə dolayı yolla yanlış əllərə keçdiyi təsdiqlənərsə, nəzarəti sərtləşdirməli olacağıq", - deyə o qeyd edib.
Paşinyan: Müxalifət yeni Konstitusiya layihəsinə qarşı çıxsa, növbədənkənar seçkilər keçiriləcək
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Kevin Hassett: Süni intellekt yarışmasında Çinə məğlubiyyət Amerika iqtisadiyyatı üçün dağıdıcı ola bilər
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir