18 avqust 2025 18:03
79

Rusiyadan deportasiya edilən əcnəbilərin sayı 6 ayda 17% artıb

Rusiyada 2025-ci ilin birinci yarısında hüquq-mühafizə orqanlarının əməkdaşları 2,8 min əcnəbi vətəndaşın ölkədən deportasiyasına nail olublar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,1% artıb.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Daxili İşlər Nazirliyinə istinadla məlumat yayaıb.

İlin birinci yarısında 791 əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib. Bundan əlavə, bu müddət ərzində Rusiyada 16,6 min müvəqqəti yaşamaq icazəsi (-31,6%) və 80,1 min yaşayış icazəsi (-32,2%) verilib.

Patent üzrə miqrantlarla əmək müqavilələrinin bağlanması barədə bildirişlərin sayı 30,1% (1,2 milyon), icazə sənədləri üzrə 64,2% (70,7 min) artıb.