18 avqust 2025 17:51
91

Rusiya və ABŞ bayraqları olan BMP ilə bağlı səfirdən açıqlama

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol sosial şəbəkələrdə geniş yayılan RT-nin videosuna reaksiya verib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, kadrlarda Rusiya və ABŞ bayraqları ilə əməliyyat zonasında qənimət götürülən Amerika BMP-si görünür.

“Vau”- deyə, Makfol qeyd edib.

Ukrayna mediası və ictimaiyyəti bütün günü RT-nin videosunu müzakirə edib. Volodimir Zelenski administrasiyasının rəhbəri Andrey Yermak da qəzəblənib.

"Bəs bunu necə başa düşmək lazımdır?" Telegram-da yazıb. Yermak hesab edir ki, bu, “son həyasızlıqdır”.