27 iyul 2025 16:45
118

Avstriya neytrallıqdan imtina edir

Avstriya neytral statusundan imtina etmək və NATO-ya daxil olmaq imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində bildirib.

"Aydındır ki, təkcə neytrallıq bizim təhlükəsizliyimizi təmin edə bilməz", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu qərarın əsas səbəbləri dünyada artan qeyri-sabitlik və Rusiyanın aqressiv davranışlarıdır.

Xarici işlər naziri hesab edir ki, ölkənin müdafiəsinə zəmanət verə biləcək yeganə yol müdafiəyə sərmayələrin artırılması və beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.

Qeyd edək ki, Avstriya 1955-ci ildə daimi neytrallıq statusunu qəbul edib. Bu prinsip ölkənin konstitusiyasında da təsbit olunub. Lakin buna baxmayaraq, Avstriya zaman-zaman NATO ilə müxtəlif əməkdaşlıq proqramlarında iştirak edir.