27 iyul 2025 20:00
109

Rusiyalı idmançılar Tbilisidə etiraz aksiyası ilə qarşılanıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Qılıncoynatma üzrə dünya çempionatında iştirak edən rusiyalı idmançıların qaldığı hotelin yaxınlığında etiraz aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, etirazçılar hotelin qarşısında fişənglər yandırıb və «Burada sizə şad deyillər!", "Bu gün fişənglər, sabah - "Qrad"lar!" yazılan bannerlər açıb.

Analoji aksiya iyulun 27-də İdman sarayının önündə keçirilib.

İdman sarayının yaxınlığında da etiraz aksiyası keçirilib.

Qeyd edək ki, Rusiya yarışda 25 idmançı ilə təmsil olunur. Onlardan 17-nin hərbi rütbəsi var. Hərbi rütbəsi olanlar arasında Olimpiya çempionları Sofya Velikaya və Yana Eqoryan da var. Bu iki şəxs Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putinin təşfiqat kampaniyasında iştirak edib.

Rusiya Qılıncoynatma Federasiyasının prezidenti və milli komandanın baş məşqçisi İlqar Məmmədov isə "Match TV"-yə bildirib ki, keçirilən etiraz aksiyaları anormal haldır: "Mənə video göndərirlər, görürəm ki, səhər saat 05:00-da atəşfəşanlıq olub. Nə şərh verim? Anormal vəziyyətdir. Sonra zalın, hotelin qarşısındakı bu piketlər. Amma mühafizə xidməti polislə birgə işləyir. Onlar bunu bilirdilər, buna hazırlaşırdılar. Onları artıq hoteldən qovublar".

Baş məşqçi qeyd edib ki, təxribatın idmançılara necə təsir etdiyi dünya çempionatından sonra bilinəcək.