26 iyul 2025 15:08
162

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

“İki sahil” xəbər verir ki, məlumata görə, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.