27 iyul 2025 21:56
113

Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir

Rusiya ilə Şimali Koreya arasında dəniz əlaqəsinin bərpası məsələsi nəzərdən keçirilir.

“İki sahil”in yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov deyib.

“Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdən keçiririk”, - o deyib.

Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.